Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir S.Əhmədova/
Azərbaycan ATƏT-in üzvüdür və istərdik ki, bu təşkilatda son vaxtlar müşahidə etdiyimiz mənfi tendesiyaların qarşısı alınsın. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-lə əməkdaşlıq məsələsinə münasibət bildirərkən jurnalistlərə deyib.
A.Əzimov hesab edir ki, bu təşkilat doğrudan da bütün üzv ölkələrin təşkilatı olmalıdır: "İkili standartlar əsasında yanaşmalara yol verilə bilməz və verilməməlidir. Bu cür təşkilat çərçivəsində Azərbaycan öz fəaliyyətini davam etməyə hazırdır".