...

Gürcüstanın keçmiş müdafiə nazirinə qarşı yeni ittiham irəli sürülüb

Siyasət Materials 25 Oktyabr 2013 20:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Baş Prokurorluğu oktyabrın 25-də ölkənin keçmiş müdafiə naziri Baço Axalayaya qarşı 2006-cı ildə "Gürcüstanın birləşmiş bankı"nın əməkdaşı Sandro Qirqvlianinin qətlə yetirilməsi işi üzrə xidməti səlahiyyətlərindən sui-istifadə ilə bağlı yeni ittiham irəli sürüb.

Trend-in məlumatına görə, prokurorluğun nümayəndəsi bəyan edib ki, B.Axalaya beynəlxalq öhdəlikləri, Gürcüstan Konstitusiyası və Cinayət Məcəlləsini pozub.

Baş Prokurorluq artıq həbsdə olan B.Axalayanın ilkin həbsinə dair iddia ilə Tbilisi şəhər məhkəməsinə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti