...

Ərdoğan: Deputatlar Türkiyə Parlamentində hicab geyinməyə hörmətlə yanaşmalıdırlar

Siyasət Materials 31 Oktyabr 2013 11:47 (UTC +04:00)
Bütün siyasi partiyalardan olan deputatlar Parlamentdə hicab geyinməyə hörmətlə yanaşmalıdırlar.
Ərdoğan: Deputatlar Türkiyə Parlamentində hicab geyinməyə hörmətlə yanaşmalıdırlar

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Bütün siyasi partiyalardan olan deputatlar Parlamentdə hicab geyinməyə hörmətlə yanaşmalıdırlar. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, qanunvericilikdə Parlamentdə hicab geyinməyə qadağa yoxdur.
Bir müddət əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Çelik heç bir siyasi qüvvənin Türkiyə Parlamentinə hicabla gəlməyi qadağan etməyə haqqı olmadığını bəyan etmişdi.

Həmçinin xəbər verilir ki, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) ictimai yerlərdə hicab geyinməyə dair qadağanın tətbiqi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti