...

Con Kerri: ABŞ Filippinə və Palauya qasırğa nəticələrinin aradan qaldırılmasında kömək etməyə hazırdır

Siyasət Materials 9 Noyabr 2013 08:48 (UTC +04:00)
Vaşinqton Filippinə və Palau arxipelaqına "Yolanda" (beynəlxalq təsnifatı üzrə "Xayyan") supertayfunun nəticələrinin aradan qaldırılmasında kömək etməyə hazırdır.
Con Kerri: ABŞ Filippinə və Palauya qasırğa nəticələrinin aradan qaldırılmasında kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Vaşinqton Filippinə və Palau arxipelaqına "Yolanda" (beynəlxalq təsnifatı üzrə "Xayyan") supertayfunun nəticələrinin aradan qaldırılmasında kömək etməyə hazırdır. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə şənbə günü ABŞ dövlət katibi Con Kerri bildirib.

"ABŞ kömək etməyə hazırdır, Filippin və Palauda bizim səfirliklərimiz sizin hökumətlə sıx əlaqədədir və biz sizin haqqınızda ürəkdən dua edirik", - Kerri iki dövlətin sakinlərini əmin edib.

O, həmçinin qasırğadan insanların həlak olması ilə bağlı başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti