...

Müsavat Partiyası Milli Şura ilə bağlı yeni təkliflər hazırlayıb

Siyasət Materials 12 Noyabr 2013 12:50 (UTC +04:00)
Müsavat Partiyası Milli Şura ilə bağlı yeni təkliflər hazırlayıb. Bu barədə Trend-ə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şuranın vahid sədrlik və ya həmsədrlik institutu ilə idarə olunması məsələsinə münasibət bildirərkən deyib.
Müsavat Partiyası Milli Şura ilə bağlı yeni təkliflər hazırlayıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası Milli Şura ilə bağlı yeni təkliflər hazırlayıb. Bu barədə Trend-ə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şuranın vahid sədrlik və ya həmsədrlik institutu ilə idarə olunması məsələsinə münasibət bildirərkən deyib.

A.Hacılı qeyd edib ki, bu tipli məsələlərin ayrı-ayrılıqda yox, kompleks şəkildə həll olunması zəruridir: "Yəni əgər söhbət hansısa dəyişikliklərdən gedirsə, bütövlükdə Milli Şuranın həm say tərkibinin, həm strukturunun dəyişdirilməsi və s. ilə bağlı müzakirələr aparılmalıdır. Bu istiqamətdə biz müəyyən təkliflər hazırlamışıq və yaxın vaxtlarda onu Milli Şura üzvlərinin müzakirəsinə təqdim etmək niyyətindəyik".

Milli Şuranın həmsədrlik institutunun yaradılmasını ilk dəfə özünün təklif etdiyini deyən A.Hacılı indiki vəziyyətdə bunu səmərəli hesab etmir: "Milli Şuranın həmsədrləri olması təklifini ilk dəfə olaraq mən irəli sürmüşdüm. Təklif etmişdim ki, Rüstəm İbrahimbəyov, İsa Qəmbər və Əli Kərimlidən ibarət həmsədrlik institutu yaradılsın. O vaxt ilk olaraq Rüstəm İbrahimbəyov bu təklifin əleyhinə çıxdı və bildirdi ki, o, Milli Şuranın həmsədrlərinin olmasını istəmir və hesab edir ki, Milli Şuranın tək sədri olmalıdır".

A.Hacılı əlavə edib ki, indiki məqamda siyasi qüvvələrin, ictimai təşkilatların əsasını təşkil etdiyi böyük bir koalisiyanın iki ziyalı tərəfindən idarə olunmasını səmərəli hesab etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti