...

BAEA-nın müfəttişləri nüvə problemi üzrə növbəti danışıqlaradək İrandakı reaktora baş çəkə biləcəklər

Siyasət Materials 12 Noyabr 2013 16:09 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri nüvə problemi üzrə BAEA ilə danışıqların növbəti raundunadək Arakada ağır sudakı reaktora baş çəkə biləcəklər.
BAEA-nın müfəttişləri nüvə problemi üzrə növbəti danışıqlaradək İrandakı reaktora baş çəkə biləcəklər

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri Agentliklə nüvə problemi üzrə danışıqların növbəti raundunadək Əraqdakı ağır su nüvə reaktoruna baş çəkə biləcəklər. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi deyib.

Onun sözlərinə görə, BAEA-nın ekspertləri dekabrın 11-dək Əraqdakı reaktorun işinə nəzarət edə biləcəklər: "Əgər tərəflər konkret detallar barədə razılıq əldə etsələr, ekspertlər gələ və reaktorun işinə baxa biləcəklər".

BAEA və İranın bu yaxınlarda birgə bəyanatına toxunan B.Kamalvəndi qeyd edib ki, İran bir ildən də az müddətə BAEA-nın ölkənin nüvə proqramı ilə bağlı bütün şübhələrini aradan qaldırmağa çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti