Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir T.Cəfərov/
İranın Azərbaycandakı səfirliyi bir neçə gün əvvəl İsrailin Azərbaycandakı səfirliyinin qarşısından keçərkən şübhəli şəxs qismində saxlanılan İran vətəndaşı Həsən Fərəci ilə bağlı ittihamın üzərindən götürülməsi üçün səylərini davam etdirir. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.
M.Pakayin bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə İranın Azərbaycandakı baş konsulu Həsən Fərəci ilə görüşdü: "Səfirliyin vəkili bu işlə məşğul olur".
Səfir deyib ki, araşdırmalar göstərir ki, Həsən Fərəci Azərbaycanda ticarətlə məşğul olub.
M.Pakayinin fikrincə, Həsən Fərəcinin həbs olunması bir anlaşılmazlıqdır.