Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) inspektorları Əraq şəhərində ağır su reaktoruna baş çəkmək üçün şənbə günü İrana gəliblər. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər yayıb.
İnspektorlar öz fəaliyyətlərinə bazar günü başlayacaqlar, lakin onların işinin nə qədər müddətdə davam edəcəyi hələlik məlum deyil.
Daha əvvəl BAEA təsdiq etmişdi ki, Əraqdakı ağır su reaktorunun yoxlanması İran tərəfinin dəvəti ilə dekabrın 8-də baş tutacaq. Əvvəllər bu obyekt BAEA tərəfindən "problemli" obyektlərdən biri hesab olunurdu.