...

Türkiyənin Baş naziri Hakan Şükürü millət vəkilliyindən istefa verməyə çağırıb

Siyasət Materials 17 Dekabr 2013 17:53 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Hakan Şükürü millət vəkilliyindən istefa verməyə çağırıb.
Türkiyənin Baş naziri Hakan Şükürü millət vəkilliyindən istefa verməyə çağırıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Hakan Şükürü millət vəkilliyindən istefa verməyə çağırıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Baş nazir qeyd edib ki, H.Şükürün hakim partiyadan istefa verməsi ona yaraşmayan hərəkətdir, lakin Türkiyədə hər kəsin öz fikrini sərbəst ifadə etmək haqqı var.

R.T.Ərdoğan bildirib ki, əgər H.Şükür atdığı addımda səmimidirsə, millət vəkilliyindən də istefa verə bilər.

Qeyd edək ki, dünən axşam saatlarında sabiq futbolçu, millət vəkili Hakan Şükür Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

Məlumata görə, istefaya səbəb hakim partiya tərəfindən özəl tədris kurslarının bağlanması siyasətinin yürüdülməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti