...

Azərbaycan Prezidenti Albaniyanın Baş nazirini qəbul edib

Siyasət Materials 17 Dekabr 2013 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Albaniya Respublikasının Baş naziri Edi Ramanı qəbul etmişdir.

Görüşdə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasiminin yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edildi. Layihənin Azərbaycan ilə Balkan ölkələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Görüşdə, həmçinin Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, energetika və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti