...

Polis Ermənistan-Rusiya qaz sazişinin ratifikasiyasına qarşı aksiyanın iştirakçılarını saxlayıb

Siyasət Materials 20 Dekabr 2013 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Yerevanda parlament binasının qarşısında Ermənistan-Rusiya sazişlərinin ratifikasiyasına etiraz məqsədilə keçirilən aksiyanın bir neçə iştirakçısı polis tərəfindən saxlanılıb.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu gün ölkə parlamentində təbii qaz, neft məhsulları və emal olunmamış almazlar sahəsində Ermənistan-Rusiya sazişlərinin müzakirəsi üzrə növbədənkənar iclas işinə başlayıb.

Müzakirələrin digər mövzusu qazın qiymətinin müəyyənləşdirilməsi və "ArmRosQazprom" şirkətinin səhmlərinin 20 faizinin Rusiyaya verilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti