...

Zahid Oruc: ATƏT-in Varşava Bürosu casus şəbəkəsidir

Siyasət Materials 27 Dekabr 2013 12:28 (UTC +04:00)
ATƏT-in Varşava Bürosu Azərbaycanda QHT-lər vasitəsilə özünün casus şəbəkəsini yaradıb. Trend-in məlumatına görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Zahid Oruc: ATƏT-in Varşava Bürosu casus şəbəkəsidir

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İzzət/

ATƏT-in Varşava Bürosu Azərbaycanda QHT-lər vasitəsilə özünün casus şəbəkəsini yaradıb. Trend-in məlumatına görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Zahid Oruc Azərbaycanı ATƏT-in Varşava Bürosu ilə əməkdaşlıqdan imtina etməyə çağırıb.

Büronun oktyabr ayında keçirilən prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayan millət vəkili bildirib ki, onların sonuncu hesabatları əvvəlki hesabatlarından heç nə ilə fərqləndmir. O, qeyd edib ki, ümumiyyətlə, Büronun 220 nəfər nümayəndəsinin mövqeyi heç də seçkiləri izləyən bütün müşahidəçilərin mövqeyi demək deyil: "ATƏT-in Varşava Bürosu Azərbaycanda QHT-lər vasitəsilə özünün casus şəbəkəsini yaradıb. Buradan onlara informatorluq edənlər var. Tam əminliklə bildirirəm ki, Varşava Bürosu casus şəbəkəsidir. Eyni zamanda, ATƏT-in Minsk qrupu nədirsə, Varşava Bürosu da odur. Bu baxımdan Azərbaycan hökumətini Varşava Bürosu ilə əməkdaşlığı dayandırmağa çağırıram. Biz bundan heç nə itirmərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti