...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib

Siyasət Materials 29 Dekabr 2013 17:20 (UTC +04:00)
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2013-cü ilin xidməti fəaliyyətin yekunları və 2014-cü ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müşavirə keçirilib

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2013-cü ilin xidməti fəaliyyətin yekunları və 2014-cü ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.

Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müşavirədə Xidmətin rəisi general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2013-cü il ərzində görülmüş işlərə dair məruzə edib, 2014-cü ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.

Müşavirədə bir sıra məsələlər müzakirə olunub, A.Rəhimov 2014-cü ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti