...

ATƏT-in Bakı ofisi Azərbaycan məhkəmə sistemində məişət zorakılığı ilə bağlı işlərə dair hesabatını təqdim edib

Siyasət Materials 30 Dekabr 2013 16:21 (UTC +04:00)
2013-cü il üzrə məhkəmələrin monitorinqi proqramı çərçivəsində ATƏT-in Bakı ofisi Azərbaycan məhkəmə sistemində məişət zorakılığı ilə bağlı işlərə dair hesabatını təqdim edib.
ATƏT-in Bakı ofisi Azərbaycan məhkəmə sistemində məişət zorakılığı ilə bağlı işlərə dair hesabatını təqdim edib

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

2013-cü il üzrə məhkəmələrin monitorinqi proqramı çərçivəsində ATƏT-in Bakı ofisi Azərbaycan məhkəmə sistemində məişət zorakılığı ilə bağlı işlərə dair hesabatını təqdim edib.

Trend təşkilatın rəsmi saytına istinadən məlumat verir ki, hesabat 2013-cü ilin iyul-dekabr ayları ərzində məişət zorakılığı ilə bağlı məhkəmə işlərinin monitorinqinə əsasən hazırlanıb. Hesabatın məqsədi "Məişət zorakılığının qarşısının alınması haqqında" 2010-cu ildə qəbul olunmuş qanunun icra səviyyəsini müəyyən etməkdə Azərbaycana kömək etmək və bu qanunun yerli məhkəmələrdə daha geniş qanunvericilik bazası və müvafiq beynəlxalq standartlar zəminində tətbiqini qiymətləndirmək olub.

ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay bildirib ki, qurbanların hüquqlarının qorunmasında məhkəmə sistemi əhəmiyyətli rol oynayır. Ona görə də qanunvericilik bazası və onun icrasını inkişaf etdirilərək, məhkəmələrin gündəlik iş mexanizmini və qurbanların tam müdafiəsi, eləcə də məhkəməyə çatımlığının təmin olunması yaxşılaşdırmalıdır.

Səfir məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbulunu Azərbaycanın problemin həllində atdığı mühüm addımlardan biri kimi qiymətləndirib. Lakin məhkəmələrin monitorinqinə dair hesabatda da qeyd olunduğu kimi, məişət zorakılığına məruz qalmış qurbanların müdafiəsində hələ də bir sıra çatışmazlıqlar mövcuddur. Bu problemlərə mühafizə orderinin tətbiq olunması ilə bağlı qanunda nəzərdə tutulan prosedurların həyata keçirilməməsi, Cinayət Prosessual Məcəlləsində məişət zorakılığı qurbanlarının müdafiə olunması üçün xüsusi normaların nəzərdə tutulmaması və qurbanların təhlükəsizliyi və məhkəməyə çatımlılığına təsir edə biləcək digər təcrübələr daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti