...

Fransa Prezidenti Türkiyəyə səfər edəcək

Siyasət Materials 22 Yanvar 2014 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Fransa Prezidenti Fransua Olland türkiyəli həmkarı Abdullah Gülün dəvəti ilə yanvarın 27-28-də Türkiyədə səfərdə olacaq. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Bu, son 22 il ərzində Fransa Prezidentinin Türkiyəyə ilk səfəri olacaq.

Səfər zamanı ikitərəfli münasibətlərin inkişafı məsələləri, habelə Avropa İttifaqı-Türkiyə əlaqələri müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti