...

Bəkir Bozdağ: Türkiyə terrorla mübarizəni davam etdirəcək

Siyasət Materials 23 Yanvar 2014 09:36 (UTC +04:00)
Türkiyə "Əl-Qaidə" və digər terror təşkilatları ilə mübarizəni davam etdirəcək. Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bəyan edib.
Bəkir Bozdağ: Türkiyə terrorla mübarizəni davam etdirəcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə "Əl-Qaidə" və digər terror təşkilatları ilə mübarizəni davam etdirəcək. Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bəyan edib. Trend-in məlumatına görə, xəbəri "Anadolu" agentliyi yayıb.

Onun sözlərinə görə, Ankara terrorla sərt mübarizə aparır və gələcəkdə bunu davam etdirmək niyyətindədir.

Bununla yanaşı, nazir qeyd edib ki, Ankaranın terrorla mübarizə sahəsində yürütdüyü siyasətə baxmayaraq, bəzi ölkələr Türkiyənin terrorçu təşkilatları dəstəkləməkdə günahlandırır. Bozdağ bir sıra ölkələrin bu mövqeyini Ankaranın Suriya xalqını dəstəkləməsi ilə izah edib.

O deyib ki, Türkiyə bundan sonra da Suriya xalqına yardım göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti