Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır (FOTO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Yanvarın 23-də Davosda "Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol" mövzusunda qəbul keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.

Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab dedi: "Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr olunmuş xüsusi axşam təşkil edilmişdir. Sizin Davosda şəxsi iştirakınız sayəsində regiona maraq artır. Bugünkü görüşümüz zamanı Sizin baxışlarınız və siyasətinizlə bağlı ətraflı məlumat aldım. Açıqlamaq istərdim ki, bir ay bundan əvvəl Azərbaycanda olmuşam və hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq. Bunlar artıq Sizə təqdim olunub. Lakin işlər hələ də davam edir və avqust ayında biz yenidən Sizinlə görüşüb əlavə məlumatlar təqdim edəcəyik. Yekun təqdimat bu ilin sonunda və ya gələn ilin əvvəlində baş tutacaqdır. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Təbii ki, biz əminik, ən müsbət ssenari reallaşacaqdır. Bununla da Sizə xoş axşam və fəal müzakirə arzu edirəm".

Qəbulda çıxış edən Prezident İlham Əliyev əvvəlcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr edilmiş bu tədbirin təşkilatçılığına görə professor Şvaba minnətdarlığını bildirib: "Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə regional əməkdaşlıq mövzusu müzakirə olundu. Bundan əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilmişdi. Həqiqətən, regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır".

Prezident bildirib ki, Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır: "Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır. Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq".

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir: "Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan "Şahdəniz-2" layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan "XXI əsrin müqaviləsi" adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir.

Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni "İpək Yolu"dur və ümid edirəm ki, artıq gələn il istifadəyə veriləcəkdir. Bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir".

İlham Əliyevin sözlərinə görə, təbii ki, siyasət sahəsi də mühüm rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olmuşdur: "Bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22 il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz idisə, bu gün bu göstərici 85 faizə bərabərdir.

Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür. Azərbaycana gəldikdə, biz bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olub və ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcəkdir".

Prezident qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir: "Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görüb. Bu, əsasən islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub.

Bir daha regionumuza göstərilən maraq və dəstəyə görə professor Şvaba və Davos İqtisadi Forumuna təşəkkürümü bildirərəm. Bu, mənim Davosa səkkizinci səfərimdir və bu, Azərbaycanın təbliği və təmasların qurulmasında çox faydalı olub. Ötən illər ərzində qurduğumuz təmaslar bu gün kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının və indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin inkişafına xidmət edib. Bir daha Sizə təşəkkür edirəm və bu mövzunun bundan sonra da diqqət mərkəzində olacağına ümidvaram".

Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
Bakıda “Netflix”in böyük büdcəli filminin çəkilişləri olub
Bakıda “Netflix”in böyük büdcəli filminin çəkilişləri olub
Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər
Azərbaycanda 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi
Bakıda alpinist kəndiri ilə 2 milyon manatlıq oğurluq edənlərin növbəti məhkəməsi davam olub
DİN-də ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib (FOTO)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)
2021-ci ildə cinayət hadisələrinin sayı azalıb
Ötən il 268 kriminal qrup zərərsizləşdirilib
Ötən il dövlət qurumları üzrə 31 mindən çox cinayət qeydə alınıb - Vilayət Eyvazov
ARDNF-nin ötən il üzrə gəlir və xərcləri açıqlandı
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır (FOTO)
Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)
Aqrar Sığorta Fondu tərəfindən ötən il yığılan sığorta haqqının məbləği açıqlanıb
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Feministlər ailəmdə problem yaratdı - Arvadını öldürən şəxs
Rəqəmsal İnnovasiyalar Mərkəzinə yeni rəhbər təyin olundu
Lənkəran sakinləri silahla saxlanılıb
Narkotik tərkibli həblər satan Qazax sakini saxlanıldı
Milli parklarda qayda pozuntusuna görə bir neçə vəzifəli şəxs cəzlandırılıb
Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub (FOTO)
Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib
Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları şəhidin dəfn mərasimində iştirak ediblər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib (FOTO)
Region hotellərində milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilir
Azərbaycan və Türkiyənin tarixi birliyi gələcək nəsillərə miras qalacaq - Səfir (FOTO)
Yelo Bank-la mənzil sahibi olun
Magistral neft kəmərləri ilə nəql edilən neftin həcmi açıqlanıb
Özəl sektordan vergi daxilolmaları 24 faiz artıb
Xalq Bankın ödəniş kartları ilə səyahət daha sərfəlidir!
Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı - RƏSMİ
Bakıda bir neçə məşhur restoranda kobud pozuntular aşkarlanıb
Bakı sakinləri Hacı Zeynalabdin Tağıyevə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə təşəkkür edib (FOTO/VİDEO)
Azad olunan ərazidə işləyən şəxsdən narkotik aşkarlandı
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Bu gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük xeyriyyəçi Heydər Əliyev Fondudur
2021-ci ildə Azərbaycanda ən çox qeydə alınan xəstəliklər məlum olub
Məzənnə də azalacaq, faiz də - Ərdoğan
Azərbaycanın Qarabağ ərazisinə icazəsiz səfər Pekres üçün hüquqi məsuliyyət yaradır - Sevil Mikayılova
Polisin məqsədi pandemiya dövründə vətəndaşı cərimə etmək deyil - Elşad Hacıyev (MÜSAHİBƏ) (VİDEO)
Azad edilmiş ərazilərdə minalar ən çox bu sahələrdə basdırılıb
Metroda gediş haqqı artacaq? - AÇIQLAMA
Prezident İlham Əliyev: Zeynalabdin Tağıyev yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə gələcəyi düşünürdü
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bakıda parklanmanın idarə edilməsi layihəsinə start verildi
Ötən il Azərbaycanda nə qədər uşaq doğulub? - RƏSMİ
İdarədə həyat yoldaşını güllələyən polisin məhkəməsi başladı
Mən Qazaxıstanın paytaxtında istirahətdəyəm - Nazarbayev
Azərbaycan əhalisinin sayı açıqlanıb
2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri müzakirə olunub
İranda sutka ərzində koronavirusa yoluxanların sayı yenidən artır
Prezident İlham Əliyev: Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır
Yanvarın 28-dən "AzərSpace" üzərindən yayım HD formata keçiriləcək
Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi
2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib
Azad edilmiş ərazilərə avtobus bileti alarkən COVID pasportu tələb olunacaq? - AÇIQLAMA
20 Yanvar gününü xalqımız birliyimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü kimi qeyd edir - Dini konfessiya rəhbərləri
Xaricdə yaşayan narkotacirlər üçün narkokuryerlik edən 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qrafik dizaynerlərin işini asanlaşdıracaq vebsaytlar
Avropa Parlamentinə yeni sədr seçilib
Uşaq bağçalarının Təhsil Nazirliyinə təhvil verilmə prosesi davam edir - RƏSMİ
Bu gün Yerin yaxınlığından asteroid keçəcək
Bərdədə sənədsiz silahlar müsadirə olunub
ANAMA-nın sədr müavini təmizləmə əmliyyatlarının aparıldığı sahələr üzrə əraziləri açıqlayıb (ÖZƏL)
İğdır-Naxçıvan qaz kəməri layihəsinin büdcəsi açıqlanıb
Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq
20 Yanvar günü metronun 3 stansiyası gücləndirilmiş rejimdə işləyəcək
Rusiyada bir gündə 31 mindən çox şəxs koronavirusa yoluxub
Millət vəkili Könül Nurullayeva uşaq-gənclər inkişaf mərkəzlərinə baş çəkib (FOTO)
Biznes vebsaytınızın fiziki serverə niyə ehtiyacı olduğunun 5 səbəbi
Sabah hava necə olacaq?
"Brent" neftinin qiyməti 2014-cü ildən sonra ən yüksək həddə çatıb
Vüqar Səfərli ilə birgə ittiham olunan restoran inzibatçısı apellyasiya şikayəti verib
Gürcüstanda koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb
Azərbaycan ərzaq tədarükü üzrə Rusiya ilə Özbəkistan arasında logistika layihəsinə qoşulub
Azərbaycan və Türkiyə avtomobillərinin sığorta sistemlərinin inteqrasiyasına başlanılıb
Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
“Azərişıq”ın Bərdə rayon Elektrik Şəbəkəsinin sabiq baş mühasibi həbs olunub
Azad edilmiş ərazilərə səyahətlər birgünlük olacaq - DİN
BDU-da 8 fakültəyə dekan seçilib
Füzuli beynəlxalq aeroportuna müntəzəm aviareyslərlə bağlı danışıqlar aparılır - Nazir müavini
20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir - Rauf Əliyev
Hesab.az-dan 14 AZN cashback fürsəti
Ötən il ƏƏSMN və qurumlarında 566 mindən çox vətəndaş qəbul edilib
Ali Məhkəmədə yeni şöbə yaradılıb
Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar
Bakıda bina tikintisi zamanı kranın istismarı dayandırılaraq sökülməsi tələb olundu (FOTO)
İranda qar uçqunu olub: Ölən və yaralanan var
Ombudsmanın Cəlilabad Regional Mərkəzi uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ilə bağlı tədbir keçirib
Səfərlərin hələki yalnız Şuşa və Ağdama təşkili təhlükəsizliklə bağlıdır - Rəhman Hümmətov
İpoteka limitinin artırılmasının hansı əhəmiyyəti olacaq? - AÇIQLAMA
Prezident İlham Əliyevin çağırışı jurnalistlərin peşəkar məsuliyyətini daha da artırır - Əhməd İsmayılov (FOTO)
Azərbaycanın Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir - Çingiz Əsgərov
Xaricilərin müntəzəm marşrutlarla azad edilmiş ərazilərə səfərinə icazə verilmir - Nazir müavini
Şuşada mina təhlükəsi yoxdur, şəhər partlayıcı sursat və minalardan təmizlənib - ANAMA
Azad edilmiş ərazilərə hər bir vətəndaşa bir dəfə səfər etmək icazəsinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib
Məhsul qiymətlərində illik dəyişikliklər açıqlanıb
Uşağın hərarəti uzun müddət normadan yüksək olarsa, bu zaman valideynlər nə etməlidir? - Səhiyyə Nazirliyi
Bütün xəbərlər