...

İran parlamentinin spikeri Rusiyaya səfər edəcək

Siyasət Materials 28 Yanvar 2014 16:27 (UTC +04:00)
İran və Rusiya rəsmilərinin qarşılıqlı səfərləri iki ölkə arasında strateji əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır.
İran parlamentinin spikeri Rusiyaya səfər edəcək

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir T.Cəfərov/

İran və Rusiya rəsmilərinin qarşılıqlı səfərləri iki ölkə arasında strateji əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır. Trend-in İran Televiziyasının rəsmi saytı Irıbnews-a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda Rusiyanın sabiq xarici işlər naziri İqor İvanovla görüşündə deyib.

M.C.Zərfi bildirib ki, Rusiya Prezidenti Viladimir Putinin yaxın gələcəkdə İrana səfər edəcəyinə ümid etdiyini bildirib: "Tezliklə İran parlamentinin spikeri Əli Laricaninin başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edəcək. İki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacaq".

O, əlavə edib ki, İran və Rusiya arasında yaxşı əlaqələrin mövcudluğu həm hər iki ölkənin mənafeyinə uyğundur, həm də bölgədə və beynəlxalq aləmdə sülh və sabitliyin yaranmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti