...

Milli Məclisin fevralın 25-də keçiriləcək plenar iclasının gündəliyi açıqlandı

Siyasət Materials 17 Fevral 2014 16:29 (UTC +04:00)
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 4 məsələ daxil edilib. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Milli Məclisin fevralın 25-də keçiriləcək plenar iclasının gündəliyi açıqlandı

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İzzət/

Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 4 məsələ daxil edilib. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, parlamentin növbəti plenar iclası fevralın 25-də keçiriləcək. İclasın gündəliyinə 4 məsələ - "Dəniz limanları haqqında", "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının "Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası arasında Maliyyə Əməkdaşlığı haqqında" Sazişin (2008-2012-ci illər üzrə) təsdiq edilməsi barədə" və "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihələri daxil edilib.

Milli Məclisdən Trend-ə verilən görə, parlamentin plenar iclasında 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasına dair bəyanatın qəbul ediləcəyi də gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti