...

Elnur Aslanov: Müəyyən xarici qüvvələrin təsiri altında olan antimilli ünsürlər hər cür dövlət mənafeyini satmağa hazırdır

Siyasət Materials 1 Mart 2014 12:19 (UTC +04:00)
“Müəyyən xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan radikal müxalifət - antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır".
Elnur Aslanov: Müəyyən xarici qüvvələrin təsiri altında olan antimilli ünsürlər hər cür dövlət mənafeyini satmağa hazırdır

Azərbaycan, Bakı, 1 mart /Trend/

"Müəyyən xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan radikal müxalifət - antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır". Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

E.Aslanov bildirib: "Mənim ünvanıma və ali hakimiyyət orqanlarında ümummilli lider Heydər Əliyevin dövlətçilik yoluna hər zaman sadiq, cənab Prezident İlham Əliyevə sədaqətlə çalışan bir sıra dövlət məmurlarına qarşı çirkin iftiralar, nurçuluq adlanan dini təriqətlə bağlamağa cəhdlər xəstə təxəyyülün məhsuludur, tamamilə əsassızdır".

PA rəsmisi qeyd edib ki, şəxsi maraqlarından uzağa gedə bilməyənlər dərk etməlidir ki, Azərbaycanda "siyasi əfsanələr" dövrü çoxdan bitib, cəmiyyət nağıllarla reallığı ayıracaq qədər ayıq-sayıqdır: "Onlara ciddi işlərlə məşğul olmağı tövsiyə edərdim.
Peşəkar jurnalistika prinsiplərinə hörmət edərək dəqiqliyinə əmin olmamış, yoxlanılmamış məlumatları yaymayan media təmsilçilərinə də təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti