...

RF Federasiya Şurası Rusiya Silahlı Qüvvələrindən Ukraynada istifadə etməyə icazə verdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 Mart 2014 19:34 (UTC +04:00)
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Prezident Vladimir Putinə Ukraynada ictimai-siyasi vəziyyət yaxşılaşanadək RF Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsinə razılıq verib.
RF Federasiya Şurası Rusiya Silahlı Qüvvələrindən Ukraynada istifadə etməyə icazə verdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Prezident Vladimir Putinə Ukraynada ictimai-siyasi vəziyyət yaxşılaşanadək RF Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsinə razılıq verib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar Rusiya parlamentinin Yuxarı palatası tərəfindən qəbul edilib.

Palatada açıq səsvermə keçirilib və qərar yekdilliklə qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti V.Putin Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət yaxşılaşanadək RF Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsi barədə müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti