Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/
Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvili martın 28-də Azərbaycan Respublikasına işçi səfərə gələcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
M.Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Gürcüstan Müdafiə nazirinin müavini M.Darçiaşvilinin səfəri martın 29-dək davam edəcək.