...

Malena Mard: Şengen vizası qaydalarının sadələşdirilməsinə dair yeni təkliflər Azərbaycan vətəndaşları üçün də faydalı olacaq

Siyasət Materials 2 Aprel 2014 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir S.Әhmədova/

Avropa Komissiyası şengen vizası qaydalarının sadələşdirilməsinə dair yeni təkliflə çıxış edib. Bu, Azərbaycan vətəndaşları üçün də faydalı olacaq və onlar Avropada uzun müddət qala biləcəklər. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard Azərbaycan üzrə Avropa Qonsulluq Siyasətinin Tərəqqi Hesabatının təqdimatında bildirib.

Səfir qeyd edib ki, təklifə görə viza 6 ay əvvəlcədən alınacaq, Avropada qalma müddəti 90 gündən 1 ilədək uzadılacaq və viza müddəti 1ildən 3 ilədək yox, 3 il olacaq.

M.Mard qeyd edib ki, bu, Avropa Komissiyasının təklifidir və Aİ-yə üzv dövlətlər bu təklifi müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti