...

Kamal Abdulla: Boş qalan gənclərin dinimizə, milli əxlaqa yad olan təsirlərə uymaq ehtimalı daha çoxdur

Siyasət Materials 2 Aprel 2014 13:41 (UTC +04:00)
Boş qalan gənclərimizin başqa istiqamətlərə yönəlmək, bizim dinimizə, milli əxlaqa yad olan təsirlərə uymaq ehtimalı daha çoxdur.
Kamal Abdulla: Boş qalan gənclərin dinimizə, milli əxlaqa yad olan təsirlərə uymaq ehtimalı daha çoxdur

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

"Boş qalan gənclərimizin başqa istiqamətlərə yönəlmək, bizim dinimizə, milli əxlaqa yad olan təsirlərə uymaq ehtimalı daha çoxdur. Ona görə də universitetlərdə oxuyub-oxumamağından asılı olmayaraq, gəncləri maraqlı, milli-mənəvi dəyərlər ətrafında elə layihələrə cəlb etmək lazımdır ki, o həqiqətən xeyir gətirsin". Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla bildirib.

Dövlət müşavirinin sözlərinə görə, Azərbaycanda mütləq gənclərlə bağlı işlər görülməlidir: "Bizim ali məktəb məzunları olmuş, ali məktəblərdə təhsil alan və ya ali məktəblərə girə bilməyən gənclərimiz öz potensiallarını Azərbaycanın dövlətçiliyi, mənafeyi uğrunda gerçəkləşdirməyi bacarmalıdırlar. Bu potensial necə gerçəkləşəcək? Bizim gənclərlə işimizdə hansı boşluqlar var? Yəqin ki, biz onları da layihələr şəklində müəyyənləşdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti