...

Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib

Siyasət Materials 4 Aprel 2014 15:22 (UTC +04:00)
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti