...

Qabil Hüseynli: Azərbaycan müxalifəti prezident seçkilərindəki məğlubiyyətin şokundan çıxa bilməyiblər

Siyasət Materials 10 Aprel 2014 13:21 (UTC +04:00)
Adətən seçkilərdən sonra həmişə siyasi durğunluq yaranır, çünki məğlub olmuş siyasi cərəyanlar özlərinə gəlmək üçün xeyli çalışmalı olurlar.
Qabil Hüseynli: Azərbaycan müxalifəti prezident seçkilərindəki məğlubiyyətin şokundan çıxa bilməyiblər

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Mehdiyev/

Adətən seçkilərdən sonra həmişə siyasi durğunluq yaranır, çünki məğlub olmuş siyasi cərəyanlar özlərinə gəlmək üçün xeyli çalışmalı olurlar. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli müxalifət düşərgəsində yaranan durğunluğa münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, seçki prosesindən məğlubiyyətlə çıxmış təşkilatların içərisində müəyyən qopmalar olur və bu qopmaların yerini doldurmaq, təşkilatı yenidən hazır vəziyyətə gətirmək üçün xeyli çalışmaq lazım gəlir.

Q.Hüseynli bildirib ki, Azərbaycanda keçirilən son prezident seçkilərində müxalifət qüvvələri o qədər də ciddi siyasi birlik nümayiş etdirə bilmədilər: "Seçkilərdən sonra isə uzun müddət daxili "razborkalar", daxili məsələlərlə bağlı ciddi fikirayrılıqları və onların araşdırılması oldu və bütün bunlar sözsüz ki, siyasi durğunluğa gətirib çıxardı. Hələ də onlar bu şokun içərisindən çıxa bilməyiblər".

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri ötən il oktyabrın 9-da keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti