...

Qabil Hüseynli: Müsavat Partiyasının daxilində qurultayın keçirilməsinə mane olurlar

Siyasət Materials 21 Aprel 2014 13:03 (UTC +04:00)
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli hesab edir ki, Müsavat Partiyasının daxilində partiyanın qurultayının keçirilməsinə mane olurlar.
Qabil Hüseynli: Müsavat Partiyasının daxilində qurultayın keçirilməsinə mane olurlar

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli hesab edir ki, Müsavat Partiyasının daxilində partiyanın qurultayının keçirilməsinə mane olurlar.

Q.Hüseynli Trend-ə açıqlamasında bildirib ki, niyyəti olan qurultayı keçirə bilər: "Yəni əgər bu, nizamnamə tələbidirsə, bunu bir yolla keçirtmək lazımdır. Kiçik yer verilən qurultayı kiçik yerdə də keçirtmək olar. Bu qurultay məsələsini artıq az qala Azərbaycanın bir nömrəli gündəm məsələsinə çevirmək istəyirlər. Zənnimcə belə yanaşma düzgün deyil. Bunu cəmiyyətdə gündəm məsələsinə çevirmək olmaz".

Politoloqun fikrincə, bu, siyasi proseslərə təsir edən, siyasi prosesləri irəli aparan bir məsələ deyil: "Bu cür vəziyyətin mövcud olmasının, bu vəziyyətin də siyasi mübarizə elementinə çevrilməsinin marağındadırlar və yaxud da partiya daxilində qrup mübarizəsi gedir və bu qrup mübarizəsi lazımi hədəfə çatmayıb. Yəni qruplardan biri digərinin üzərində üstünlüyü əldə edə bilməyib, ona görə də qurultayı keçirə bilmirlər. Yəni orada birmənalı kiminsə mövqeyi üstünlük qazanmalıdır və o üstünlük qazanılandan sonra da qurultayı keçirə bilərlər".

Qeyd edək ki, mayın 24-də Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır. Qurultay zamanı partiya başqanlığına seçkilərin keçirilməsi nəzərdə tutulur. Hazırkı başqan İsa Qəmbər yenidən başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan edib. Mətbuatda isə bəzi namizədlərin partiyadaxili qrup yaradaraq öz rəqiblərinə qarşı kampaniya aparmaları barədə məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti