...

Türkiyə prezident üsuli-idarəsinə keçə bilər

Siyasət Materials 29 Aprel 2014 11:58 (UTC +04:00)
Türkiyədə bu il avqustun 30-da keçiriləcək prezident seçkilərindən sonra ölkənin prezident üsuli-idarəsinə keçməsi məsələsi müzakirə olunacaq.
Türkiyə prezident üsuli-idarəsinə keçə bilər

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə bu il avqustun 10-da keçiriləcək prezident seçkilərindən sonra ölkənin prezident üsuli-idarəsinə keçməsi məsələsi müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.

Məlumata əsasən, hazırda ölkədə parlament üsuli-idarəsindən prezident üsuli-idarəsinə keçmək məsələsi hakim Ədalət və İnkişaf Partiyası tərəfindən müzakirə olunur.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. Seçkilərdə hakim partiyadan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın namizədliyinin irəli sürüləcəyi ehtimal edilir.

Bir müddət bundan əvvəl AKP Təsisçilər Şurasının üzvü Salih Kapusuz bəyan edib ki, Türkiyədə prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülə bilər.

Bir müddət əvvəl Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) qarşıdakı prezident seçkilərində ölkənin Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıçın namizədliyini irəli sürə biləcəyini bəyan etsə də, daha sonra Kılıç prezident seçkilərində iştirakdan imtina etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti