...

Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlir

Siyasət Materials 5 May 2014 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İzzət/

Mayın 6-da Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. Bu barədə Trend nazirliyin mətbuat xidmətinə istinadən məlumat verib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

General D.Lovriçin rəhbərlik etdiyi nümayəndə heyətinin NATO Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təliminin Müşahidəçilər görüşündə iştirakı, o cümlədən Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər mayın 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti