...

XİN rəhbəri: İran region ölkələri arasında sülh və dostluğun qurulmasında rol oynamağa hazırdır

Siyasət Materials 5 May 2014 14:47 (UTC +04:00)
İran bütün ölkələr arasında sülh və dostluğun qurulması üçün regionda baş verən proseslərdə rol oynamağa hazırdır.
XİN rəhbəri: İran region ölkələri arasında sülh və dostluğun qurulmasında rol oynamağa hazırdır

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Cəfərov/

İran bütün ölkələr arasında sülh və dostluğun qurulması üçün regionda baş verən proseslərdə rol oynamağa hazırdır. Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ermənistanlı həmkarı Edvard Nalbandyanla Tehranda keçirdiyi birgə mətbuat konfransında jurnalistlərə deyib.

Trend-in İranın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, M.Zərif bildirib ki, İran və Ermənistan əlaqələri hər iki ölkənin mənafeyi əsasındadır və bir çox regional və beynəlxalq sahələrdə hər iki ölkənin mövqeyi bir-birinə yaxındır.

İran XİN başçısı deyib ki, bugünkü görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunub.

Onun sözlərinə görə, iki ölkə arasında yükdaşımalar, enerji və bank sahəsində əməkdaşlığın artırılması da müzakirə mövzusu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti