...

Əli Həsənov: Hazırkı şərait Azərbaycanda "Diffamasiya haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılmasını gündəmə gətirib

Siyasət Materials 7 May 2014 16:58 (UTC +04:00)
Hazırkı şərait Azərbaycanda "Diffamasiya haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılması və qəbul olunmasını, jurnalistlərin fəaliyyətinin daha da asanlaşdırılması və təhlükəsizliyinin dolğun təmin olunmasını gündəmə gətirib.
Əli Həsənov: Hazırkı şərait Azərbaycanda "Diffamasiya haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılmasını gündəmə gətirib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/

Hazırkı şərait Azərbaycanda "Diffamasiya haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılması və qəbul olunmasını, jurnalistlərin fəaliyyətinin daha da asanlaşdırılması və təhlükəsizliyinin dolğun təmin olunmasını gündəmə gətirib. Trend xəbər verir ki, bu, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Heydər Əliyev və yeni cəmiyyət modeli" konfransına təqdim etdiyi məqalədə qeyd edilib.

PA rəsmisinin bildirdiyinə görə, ölkə rəsmiləri və mətbuat ictimaiyyəti hazırda inkişaf etmış demokratik dövlətlərin bu sahədəki təcrübəsini öуrənərək, Azərbaycanda tətbiqi üzərində birgə fəaliyyət göstərir.

Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşıb. Dövlət KİV-lərin müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait yaradıb. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik qəzet nəşr olunur. Elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli 80-dən artıq jurnal çıxır.

Azərbaycanda 20-уə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Bölgələrdə 100-ə yaxın qəzet və jumal nəşr olunur.

PA rəsmisinin sözlərinə görə, son illər kabel televiziyasının miqyası genişlənib. Hazırda Azərbaycanda 10 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir.

Ə.Həsənov qeyd edib ki, 2014-cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçidin başa çatacağı gözlənilir: "Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçib, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin giicləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə müstəqilik illərində mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artıb. Hazırda 23 mətbuat yayımı firması paytaxt və bölgələrdə genış fəaliyyət göstərir".

Ə.Həsənov bildirib ki, Azərbaycanda söz və informasiya azadlığının təmin olunması, müstəqil KİV-lərin inkişafı və beynəlxalq davamlılığının artırılması, medianın maddi-texniki bazasının gücləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlığının artırılması və s. sahələrdə keçirilən dövlət siyasəti tezliklə öz müsbət nəticələrini göstərib. Belə ki, 2009-cu ildən bəri jurnalistlərin insanları böhtan və təhqir etmə maddəsi ilə, ümumən yaradıcılıq fəaliyyəti ilə bağlı həbsə alınması faktı qeydə alınmayıb.

O, qeyd edib ki, Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70%-ni təşkil edir. Milli internet provayderinin sayı 40-a çatıb. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb kı, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. 5 ildə internet trafikinin giriş-çıxış həcmi 40 dəfə yüksəlib və hazırda 200 GB-dən çoxdur. İnternet xidmətlərindən istifadə haqları region ölkələrindəki tariflərlə uyğunlaşdırılıb. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalıb. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılıb. Bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyona yaxın sosial şəbəkə, о cümlədən 1,2 milyon "Facebook" istifadəçisi var, "AZ" domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 minə çatıb. Ölkədə 300-ə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir və onların sayı durmadan artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti