...

Yavər Camalov İtaliya Senatının komissiya sədri ilə müzakirələr aparıb

Siyasət Materials 8 May 2014 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Mayın 8-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İtaliya Senatının müdafiə komissiyasının sədri Nikola Latorre ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Nikola Latorre səmimi qəbula görə minnətdarlığını bildirib. Görüşdə Azərbaycanın və İtaliyanın səfirləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti