...

YAP Qadınlar Şurasının sədri yenidən seçilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 May 2014 13:33 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında Şuranın sədri seçilib.
YAP Qadınlar Şurasının sədri yenidən seçilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Ümumrespublika Konfransında Şuranın sədri seçilib.

Trend-in məlumatına görə, Milli Məclis sədrinin müavini Bahar Muradova YAP Qadınlar Şurasının sədri postuna Şuranın hazırkı sədri Nurlana Əliyevanın namizədliyini irəli sürüb.

N.Əliyeva yenidən YAP Qadınlar Şurasının sədri seçilib.

N.Əliyeva qarşıdakı 5 ildə daha ciddi səylə çalışacağını bildirib.

YAP Qadınlar Şurasının Ümumrespublika Konfransında Şura sədrinin müavinləri və Şura üzvləri ilə bağlı seçki keçirilib.

Millət vəkilləri Sevinc Fətəliyeva, Sevinc Hüseynova və Məlahət İbrahimqızı YAP Qadınlar Şurası sədrinin müavinləri seçiliblər.

Daha sonra YAP Qadınlar Şurasının üzvləri seçiliblər. Şuranın üzvləri sırasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyası Dəftərxanasının müdiri Dilarə Seyidzadə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti