...

İlham Əliyev Nepal Prezidentini təbrik edib

Siyasət Materials 28 May 2014 15:34 (UTC +04:00)
Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadava təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Nepal Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 28 may /Trend/

Prezident İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadava təbrik məktubu ünvanlayıb.

Dövlət başçısının təbrikində deyilir:

"Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan ilə Nepal arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti