...

Azərbaycanla ABŞ arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

Siyasət Materials 12 İyun 2014 18:54 (UTC +04:00)
Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının “Bell Helicopter Textron”, “Sierra Nevada Corporation” və “FLİR Systems” şirkətlərinin nümayəndələri ilə görüşüb.
Azərbaycanla ABŞ arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının "Bell Helicopter Textron", "Sierra Nevada Corporation" və "FLİR Systems" şirkətlərinin nümayəndələri ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, Y.Camalov nazirliyin fəaliyyəti ilə bağlı məlumatları qonaqların nəzərinə çatdırıb. Şirkət nümayəndələri də öz növbəsində, təmsil etdikləri şirkətlər haqqında ətraflı məlumat veriblər.

Görüşdə Azərbaycanın müdafiə sənayesi ilə Birləşmiş Ştatların müvafiq qurumları arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin üzvləri səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti