...

Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın geniş tərkibdə görüşü olub

Siyasət Materials 16 İyun 2014 16:19 (UTC +04:00)
İyunun 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın geniş tərkibdə görüşü olub

Azərbaycan, Bakı, 16 iyun /Trend/

İyunun 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi bir daha ölkəsində salamladı və bu səfərin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirdi.

Prezident Karolos Papulyas dedi: "Aramızda mövcud olan siyasi münasibətlərin səviyyəsi çox yüksəkdir. Hesab edirəm ki, gələcək üçün hər bir sahədə çox yaxşı perspektivlər vardır. Mən bu sahələr arasında enerji sahəsini xüsusi qeyd etmək istəyirəm".

Prezident İlham Əliyev dedi: "Çox sağ olun, cənab Prezident. Dəvətə və bizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Sizin ölkənizdə olmağımdan çox məmnunam.

Biz Sizinlə indi təkbətək görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha əmin olduq ki, Yunanıstan-Azərbaycan əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət, enerji sahələrində çox gözəl nəticələr və uğurlar vardır. Əminəm ki, mənim səfərim bu əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti