...

Azərbaycanın apellyasiya məhkəmələri hakimləri vəzifələrindən azad edilib

Siyasət Materials 20 İyun 2014 13:17 (UTC +04:00)
İnqlab Nəsirov Ali Məhkəmənin hakimi təyin edilib. Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında qəbul olunub.
Azərbaycanın apellyasiya məhkəmələri hakimləri vəzifələrindən azad edilib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Elçin Mehdiyev/

İnqlab Nəsirov Ali Məhkəmənin hakimi təyin edilib. Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında qəbul olunub.

Bundan əlavə, Zərbəli Zərbəliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Millət vəkilləri digər səsvermə ilə Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərini vəzifələrindən azad ediblər. Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclis eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasovu, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovu və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Fərman oğlu Quliyevi öz ərizələri ilə vəzifələrindən azad edib.

Qeyd edək ki, bu hakimlər iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar vəzifələrindən azad olunmaları üçün ərizə yazıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti