...

Azərbaycan Silahlı Qüvvələrinin birgə əməliyyat-taktiki təlimləri davam edir (FOTO)

Siyasət Materials 27 İyun 2014 13:09 (UTC +04:00)
Silahlı Qüvvələr və başqa silahlı birləşmələrlə birgə əməliyyat-taktiki təlimin iyunun 26-dan etibarən başlamış fəal fazası çərçivəsində əməliyyatın birinci günü silahlı təcavüzün dəf edilməsi və əks-hücum üzrə təlim sualları tam işlənib, qarşıya qoyulan təlim-döyüş tapşırıqları uğurla yerinə yetirilib.
Azərbaycan Silahlı Qüvvələrinin birgə əməliyyat-taktiki təlimləri davam edir  (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələr və başqa silahlı birləşmələrlə birgə əməliyyat-taktiki təlimin iyunun 26-dan etibarən başlamış fəal fazası çərçivəsində əməliyyatın birinci günü silahlı təcavüzün dəf edilməsi və əks-hücum üzrə təlim sualları tam işlənib, qarşıya qoyulan təlim-döyüş tapşırıqları uğurla yerinə yetirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyunun 27-də əməliyyatın növbəti mərhələsində təcavüzkar ölkənin tam məğlubiyyətə uğradılması, onun birləşmə və hissələrinin darmadağm edilməsinin başa çatdırılması məqsədi ilə əks-hücum əməliyyatının inkişaf etdirilməsi üzrə təlim sualları işlənib.

Bu mərhələdə Silahlı Qüvvələrin təlimlərə cəlb edilən birləşmə və hissələri qoşunların qruplaşmasını həyata keçirir, geri çəkilən düşmən qüvvələrini təqib edərək ona maksimal itki verdirir.

Əməliyyat ehtiyatları avtomobil və dəmir yolu ilə ölkənin dərinliyindən əməliyyat bölgəsinə daşınır. Ehtiyatların döyüş fəaliyyətlərinə qısa zamanda hazırlanmasını təmin etmək məqsədi ilə təlim mərkəzlərində tezləşdirilmiş proqram üzrə döyüş hazırlığı tədbirləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti