...

Mövlud Çavuşoğlu: Azərbaycan AŞ Nazirlər Komitəsində sədrlik dövrünü uğurla başa vuracaq

Siyasət Materials 27 İyun 2014 17:54 (UTC +04:00)
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mövlud Çavuşoğlu: Azərbaycan AŞ Nazirlər Komitəsində sədrlik dövrünü uğurla başa vuracaq

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib.

M.Çavuşoğlu Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi münasibətilə Azərbaycan Respublikasını təbrik edib və Azərbaycanın AŞ-nın Nazirlər Komitəsində sədrlik dövrünü uğurla başa vuracağına əminliyini bildirib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin daha da inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb və ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasının əhəmiyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti