...

İlham Əliyev Kanadanın General-Qubernatoru və Burundi Prezidentini təbrik edib

Siyasət Materials 30 İyun 2014 18:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Kanadanın General-Qubernatoru və Burundi Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Milli bayramınız - Kanada günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran iqtisadi əlaqələrin genişlənməsi yolunda səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı, həmçinin Burundi Prezidenti Pyer Nkurunzizanı da təbrik edib.

Məktubda qeyd olunur: "Burundi Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Burundi xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti