...

Bakıda Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi keçiriləcək

Siyasət Materials 4 İyul 2014 12:36 (UTC +04:00)
7-10 iyul 2014-cü il tarixində Bakıda Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi keçiriləcək.
Bakıda Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi keçiriləcək

Azərbaycan, Bakı, 4 iyul /Trend/

7-10 iyul 2014-cü il tarixində Bakıda Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi keçiriləcək. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.

Müşavirədə Azərbaycan Respublikasının xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti