...

Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə yaşayan vətəndaşlar üçün səsvermə başlayıb

Siyasət Materials 31 İyul 2014 10:53 (UTC +04:00)
İyulun 31-də Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə yaşayan vətəndaşlar üçün səsvermə başlayıb.
Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə yaşayan vətəndaşlar üçün səsvermə başlayıb

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İyulun 31-də Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə yaşayan vətəndaşlar üçün səsvermə başlayıb. Bu barədə "TRT Haber" telekanalına istinadən xəbər yayıb.

İyulun 31-də prezident seçkiləri üzrə Türkiyənin Rusiya, Kanada, Avstraliya, Almaniya, ABŞ, Belçika, Hollandiya, İsrail, Fransa, İtaliya, Livan, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkmənistan kimi ölkələrdə yaşayan vətəndaşları səs verə biləcəklər.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti