...

Rusiya və Azərbaycan arasında Samur çayı üzərində yeni körpü tikiləcək

Siyasət Materials 8 Avqust 2014 17:07 (UTC +04:00)
Samur çayı üzərində Rusiya və Azərbaycanı birləşdirəcək yeni körpü tikiləcək.
Rusiya və Azərbaycan arasında Samur çayı üzərində yeni körpü tikiləcək

Azərbaycan, Bakı, 8 avqust/Trend/

Samur çayı üzərində Rusiya və Azərbaycanı birləşdirəcək yeni körpü tikiləcək. Trend-in cümə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, sənəd layihəsinin hazırlanması üzrə texniki tapşırığı bu gün Həştərxanda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və onun rusiyalı həmkarı Maksim Sokolov imzalayıblar.

Rusiya-Azərbaycan dövlət sərhədində "Samur" (Azərbaycan) - "Yaraq-Qazmalar" (Rusiya) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil yolunun tikintisi 13 avqust 2013-cü il tarixdə Rusiya və Azərbaycan hökumətləri arasında imzalanmış sazişə uyğun həyata keçiriləcək.

Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yeni körpü iki hərəkət zolağından ibarət olacaq və hesablama ağırlıq üzrə müasir tələblərə cavab verəcək: "Körpünün və ona gedən yolların uzunluğu təqribən 800 poqon metr, o cümlədən körpünün birbaşa uzunluğu 325 poqon metr təşkil edəcək".

Mövcud körpü Rusiya və Azərbaycan arasında yük və sərnişin daşınmasını təmin edən nəqliyyat sisteminin əsas halqasıdır. Nəqliyyat Nazirliyinin məlumatına əsasən, mövcud körpü qəza vəziyyətindədir və artan nəqliyyat axını buraxılışını tam təmin edə bilmir.

Hazırlanmış layihə ekspert prosedurlardan keçəcək, bundan sonra obyektin yekun dəyəri müəyyənləşdiriləcək. Tərəflər maliyyələşdirməni paritet əsasda həyata keçirmək niyyətindədirlər.

Xəzəryanı ölkələrin nazirlərinin II görüşündə, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, dəniz səfəri, dənizin çirklənməsi ilə mübarizə, liman infrastrukturunun inkişafı, bərə əlaqəsi, birbaşa aviadaşımalar və Xəzəryanı şəhərlər arasında kruiz marşrutlarının yaradılması haqqında söhbət aparılıb.

İlk görüş 2009-cu ildə Bakıda baş tutub. Nəqliyyatçıların növbəti iclası 2015-ci ildə İranda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti