Azərbaycan, Bakı, 9 avqust/Trend/
Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan Soçidəki görüşdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması perspektivlərini, Ukraynadakı vəziyyəti və Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər. Bu barədə Trend şənbə günü RİA Novosti-yə istinadən məlumat verir.
V. Putin görüşü giriş sözü ilə açaraq qeyd edib ki, iki ölkə əlaqələri dostluq və strateji xarakter daşıyır. Rusiya Prezidenti xatırladıb ki, hazırda Ermənistanın Aİİ-yə daxil olmasına hazırlıq prosesi gedir. V. Putin öz həmkarını bu işin necə getməsi barədə məlumatlandıracağına dair vəd verib.
S. Sarkisyan isə, öz növbəsində, bildirib ki, Ukraynadakı vəziyyət Ermənistanı narahat edir: "Əlbəttə ki, Ukraynadakı vəziyyət bizi narahat edir. Əgər lazım bilsəniz, zəhmət olmasa Rusiyanın atdığı addımlar barədə məlumatlandırın".
Ermənistan prezidenti son günlər Dağlıq Qarabağda ciddi gərginləşən
vəziyyət barədə danışacağına dair vəd verib.