...

Qabil Hüseynli: Müxalifət düşərgəsində hazırkı intriqalar şəxsi ambisiyalara söykənir

Siyasət Materials 18 Avqust 2014 13:13 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə təsis edilən Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına qatılmamasının səbəbi həmişəki intriqalardır.
Qabil Hüseynli: Müxalifət düşərgəsində hazırkı intriqalar şəxsi ambisiyalara söykənir

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə təsis edilən Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına qatılmamasının səbəbi həmişəki intriqalardır. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli bildirib ki, bu intriqalar uzun müddətdir ki, müxalifət hərəkatının dirçəlməsinə və irəli getməsinə mane olur: "Özü də bu intriqalar iki şəxsin ambisiyalarına və yaxud həmin şəxslərin ətrafında olan bir0iki nəfərin ambisiyalarına söykənən intriqalardır və bu intriqaları illərdir ki, şəxsi düşmənçilik zəminində, şəxsi motivlər əsasında aparırlar. Yoxsa ictimai motiv və yaxud xalqın maraqlarından qidalanan motivlər olsaydı, buna haqq qazandırmaq olardı".

Onun sözlərinə görə, hər halda indiki vəziyyətdə bir-biri ilə intriqa aparmaq, "təşəbbüsü filankəs irəli sürüb, ona görə də mən ora getmirəm" və s. kimi məsələlər biabırçı bir görüntü yaradır: "Bu nöqteyi-nəzərdən də bu cür məsələlər xalq tərəfindən rəğbətlə qarşılanmır".

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İ.Qəmbərin təşəbbüsü ilə Birləşmiş Hüquq Müdafiə Mərkəzi təsis edilib. AXCP Mərkəzdə baş verə biləcək intriqalardan uzaq olmaq arqumenti ilə onun toplantılarında iştirak etməkdən imtina edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti