...

Müsavat başqanlığına namizədlərdən biri bəlli oldu

Siyasət Materials 28 Avqust 2014 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Divanının üzvü Tural Abbaslı Müsavat başqanlığına namizədliyini irəli sürüb. Bu barədə Trend-ə T.Abbaslı özü məlumat verib.

O, bildirib ki, artıq namizədlik üçün ərizə ilə partiyanın müvafiq qurumuna müraciət edib.

Qeyd edək ki, Müsavat Partiyası başqanlığına namizədlərin irəli sürülməsi prosesinə və seçki kampaniyasına start verilib. Partiya sentyabrın 27-də VIII qurultayını keçirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti