...

Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini Hikmət Hacıyev icra edəcək

Siyasət Materials 19 Sentyabr 2014 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bu gündən etibarən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri vəzifəsini Hikmət Hacıyev icra edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kütləvi informasiya vasitələrinin nümayəndələri H.Hacıyevlə (+99412) 596 92 76 iş telefonu, (+994 51) 311 01 05 mobil telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Elman Telman oğlu Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə E.Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Hikmət Hacıyev 2000-ci ildən Xarici İşlər Nazirliyində çalışır. XİN-in Beynəlxalq təşkilatlar və Təhlükəsizlik Problemləri idarələrində işləmişdir.

Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillərini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.

Diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində, Küveyt və Misirdəki səfirliklərində çalışmışdır. Azərbaycan Respublikasının Misirdəki Səfirliyinin müşaviri olmuşdur.

2013-cü avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə dönmüşdür. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti