...

YUNİSEF ölkəmizlə səmərəli əməkdaşlıq edir

Siyasət Materials 25 Sentyabr 2014 19:01 (UTC +04:00)
Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze ilə görüşüb.
YUNİSEF ölkəmizlə səmərəli əməkdaşlıq edir

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və YUNİSEF arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üzrə görülən işlərdən danışıb, məhkəmə-hüquq islahatları, yuvenal ədliyyənin inkişafına xidmət edən tədbirlər, bu sahədə yeni təşəbbüslər barədə məlumat verib, YUNİSEF-in Bakı Ofisi ilə səmərəli qarşılıqlı əlaqələri qeyd edərək A.Şilakadzeyə uğurlu fəaliyyət arzulayıb.

YUNİSEF-in ölkəmizlə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən qonaq Azərbaycan Prezidentinin və birinci xanımının qayğısı ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafını, müxtəlif sahələrdə əldə olunmuş nailiyyətləri, o cümlədən uşaq hüquqlarının qorunması üzrə atılan mütərəqqi addımları təqdir edib. A.Şilakadze yuvenal ədliyyə sahəsində görülmüş işləri, məhkəmə və penitensiar infrastrukturun müasirləşdirilməsi, yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının genişləndirilməsi üzrə tədbirləri məmnunluqla qarşılayıb, əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini və yaxşı təcrübələri bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsi, hakim və digər hüquqşünasların tədrisi və s. məsələlər müzakirə olunub, konkret əməkdaşlıq istiqamətləri üzrə təkliflər irəli sürülüb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti