...

Həsən Ruhani: Yaxın Şərq və Qafqazı terrorçuların sığınacağına çevirdilər

Siyasət Materials 25 Sentyabr 2014 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Qərbin Yaxın Şərqdə, Mərkəzi Asiyada və Qafqazda strateji səhvləri bu regionları terrorçuların və ekstremistlərin sığınacağına çevirdi.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Əfqanıstan və İraqa qarşı hərbi təcavüz və Suriyada hadisələrin gedişinə yanlış müdaxilə Yaxın Şərqdə səhv strateji yanaşmanın bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti