...

Xəzərin iki zonası haqqında razılıq əldə olunub

Siyasət Materials 26 Sentyabr 2014 15:13 (UTC +04:00)
Xəzəryanı ölkələr dənizin iki zonası - dövlət suverenliyi və balıqçılıq zonaları haqqında razılıq əldə ediblər.
Xəzərin iki zonası haqqında razılıq əldə olunub

Azərbaycan, Bakı, 26 sentyabr/Trend/

Xəzəryanı ölkələr dənizin iki zonası - dövlət suverenliyi və balıqçılıq zonaları haqqında razılıq əldə ediblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, ekspertlərin işi nəticəsində prezidentlərin bəyanatında yer alan akvatoriyanın delimitasiyası haqqında müddəaların razılaşdırılmasını əks etdirmək mümkün olub.

Y.Uşakov qeyd edib ki, bəyanatın Həştərxan sammitində Xəzəryanı ölkələrin prezidentləri tərəfindən imzalanacağı gözlənilir: "Bu iki zona 25 dəniz mili təşkil edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti